Hindistanda helikopter qəzası nəticəsində 3 nəfər ölüb

Dünya

05.01.2025 - 20:56

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə zamanı təyyarədə üç nəfər olub

Hindistanın Sahil Mühafizəsi Xidmətinə məxsus “Dhruv2" helikopteri Qucarat ştatının qərbində təlim missiyası zamanı qəzaya uğrayıb.

AYNA xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

Hadisə Porbandardakı sahil mühafizə xidmətinin zonasında baş verib. İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.

Məlumata görə, hadisə zamanı təyyarədə iki pilot da daxil olmaqla üç nəfər olub. Onların hamısı ölüb.

Hindistanın Sahil Mühafizə Xidməti hadisə ilə bağlı araşdırma aparır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş