Hindistanda atışma olub, iki polis ölüb

Dünya

27.04.2024 - 14:49

Hindistanın Mərkəzi Ehtiyat Polis Qüvvələrinin (CRPF - hərbiləşdirilmiş polis strukturu) azı iki üzvü yaraqlıların hücumu nəticəsində ölüb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Bildirilib ki, hadisə Manipur ştatının şimal-şərqindəki Vişnupur rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının daha iki üzvü ağır yaralanıb.

Məlumata görə, Kuki qəbiləsinə mənsub olduğu güman edilən bir qrup yaraqlı təhlükəsizlik qüvvələrinin postlarına atəş açıb. Ekstremistlər hərbçilərə qumbara da atıblar.

Müəllif: Ayna.az