Hindistan Aya astronavt göndərəcək

Dünya

24.12.2024 - 22:43

Həkimlər Klinikalar SEO Xidməti

“Biz müstəqilliyimizin 100 illiyini qeyd edəndə Hindistan bayrağı Ayda dalğalanacaq”

Hindistan 2040-cı ilə qədər Aya hindistanlı astronavt endirməyi hədəfləyən iddialı kosmik proqram yaradıb. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının sədri Şridhara Somanat bildirib.

“Biz müstəqilliyimizin 100 illiyini qeyd edəndə Hindistan bayrağı Ayda dalğalanacaq. Astronavtımız ora gedəcək, sağ-salamat qayıdacaq. Bu, 2040-cı ildə baş verəcək”, - deyə o bildirib.

“Kosmos proqramının tarixində ilk dəfə olaraq qarşıdakı 25 il üçün baxışımız var”, - Somanat qeyd edib.

Onun sözlərinə görə, bu “yol xəritəsi” çərçivəsində Hindistan 10 ildən sonra özünün kosmik stansiyasını yaratmağı planlaşdırır.

Bundan əvvəl 2028-ci ildə kosmik stansiya modulunun buraxılması baş tutacaq ki, bu da onun tam operativ şəkildə yerləşdirilməsinə zəmin yaradacaq.

Bundan əvvəl Hindistanın Baş naziri Narendra Modi ölkənin Kosmik Tədqiqatlar Departamentinin qarşısına 2035-ci ilə qədər Hindistanda ilk kosmik stansiyanı, 2040-cı ilə qədər isə Aya astronavtları endirməyi hədəf kimi qoyub. Modi həmçinin Veneraya orbital stansiyanın və Marsa eniş modulunun buraxılması üçün proqramlar hazırlamağa çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş