Çay kənarında çətənə yetişdirən şəxs saxlanılıb

Xəbərlər

25.06.2026 - 15:49

Aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 95 ədəd çətənə kolu aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 47 yaşlı Babək Səmədov saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, ondan çaykənarı ərazidə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 95 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə B.Səmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş