ABŞ Geoloji Xidməti: Venesuela zəlzələsində ölənlərin sayı 10 min ilə 100 min arasında ola bilər
ABŞ Geoloji Xidməti (USGS) Venesuelada baş verən zəlzələdə mümkün insan itkiləri ilə bağlı proqnoz açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, hesablamalara görə, ölənlərin sayının 10 min ilə 100 min arasında olma ehtimalı 44 faizdir.
Lakin 100 min ilə 1000 arasında ölüm ehtimalı cəmi 3 faiz, 1000 ilə 10 min arasında ölüm ehtimalı isə 22 faizdir. Eyni zamanda, ABŞ Geoloji Xidməti ölənlərin sayının 100 mini keçmə ehtimalının 30 faiz olduğunu qeyd edir.
Qeyd edək ki, iyunun 25-nə keçən gecə Venesuelada 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Valensiya şəhərindən 60 kilometr aralıda, ocağı isə 13 kilometr dərinlikdə qeydə alınıb.