Məşhur general 10 il sonra azadlığa çıxıb

Xəbərlər

25.06.2026 - 15:08

Elçin Quliyev həbs müddətini başa vurub

KeLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev uzunmüddətli həbsdən sonra azadlığa çıxıb. AYNA.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, general 10 il 6 aylıq həbs müddətini başa vurub.

O, cəzasını sona qədər 9 saylı cəzaçəkmə müəssisəsində, ciddi rejim şəraitində çəkib.

Qeyd edək ki, MTN-in vaxtlarında yüksək vəzifələrdə çalışan E.Quliyev 2015-ci ildə həbs edilib. O, rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və başqa ağır cinayətlərdə təqsirli bilinib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş