GECƏNİN QRAMERİ

Cəmiyyət

25.06.2026 - 11:27

Göylər – o sirli ənginliklər vəfalıdır; sevgini və minnətdarlığı heç vaxt əsirgəmirlər

Şamaxı, Potsdam və ya hansısa başqa bir rəsədxanada, gecənin irəliləyən saatlarında teleskop arxasında gənc bir qadın oturub. O, ulduzları sadəcə müşahidə etmir, onları oxuyur.

Qramer bir dilin daxili məntiqidir. Gecənin də öz qrameri var: ulduzların düzülüşü, işığın sönməsi, səssizliyin ritmi... Bu qadın həmin gizli qaydaları deşifrə edir. O, gecəni sadəcə görən deyil, gecəni anlayan biridir.

Bakıda bu astrofizik alimin "Ae/Be Herbiq tipli ulduzların atmosferində fiziki proseslər" adlı kitabının təqdimatına gedirəm. Bura İstanbuldan gecə təyyarəsi ilə uçmuşam. Yolboyu ulduzları, Ayı gecənin qaranlığında izləyərək gəlmişəm. Ancaq nə etdimsə də, o "Ae/Be"-ləri görə bilmədim. Çılpaq gözlə görmək onsuz da qeyri-mümkün idi, mən də bol-bol xəyal etdim.

Siz heç "Ae/Be" ulduzlarının nə olduğunu bilirsinizmi? Mən də tam bilmirəm.

Bildiyim təkcə odur ki, o ulduzlar kosmosun uşaqlıq dövrüdür – hələ tam formalaşmamış, əsl ulduza çevrilməmiş gənc göy cismləridir. Onları əhatə edən qaz-toz diskləri hələ də ulduzun üzərinə axıb tökülür; bu proses akkresiya adlanır. Atmosferləri isə əsl savaş meydanıdır: güclü maqnit sahələri, atomların mikroskopik diffuziyası, elementlərin kimyəvi anomaliyaları... Hamısı eyni anda, eyni mühitdə baş verir.

Bir ulduzu anlamaq, həm də bir planet sisteminin tarixini anlamaq deməkdir. Və bu fədakar qadın onları gecələr izləyir. Çünki elmin ən dərin sualları yalnız qaranlıqda boy göstərir...

Kitabın müəllifi astronomiya üzrə fəlsəfə doktoru Həmayıl Adıgözəlzadədir. Bu əsər Həmayıl xanımın monoqrafiyasıdır. Deməli, yaxında o, professor olacaq. Həm də astrofizika sahəsində ilk azərbaycanlı qadın professor! Bu elmi adı ona əslində göylər verəcək. 

Göylər – o sirli ənginliklər isə vəfalıdır; sevgini və minnətdarlığı heç vaxt əsirgəmirlər.

GECƏNİN QRAMERİ GECƏNİN QRAMERİ GECƏNİN QRAMERİ GECƏNİN QRAMERİ GECƏNİN QRAMERİ GECƏNİN QRAMERİ
Müəllif: İbrahim Nəbioğlu

Pin up casino Pin-up casino giriş