Sergey Lavrov: "ATƏT yarımçıq təşkilatdır”

Dünya

25.06.2026 - 17:28

“Mən bu təşkilatı mütləq tərk edərdim”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) “yarımçıq təşkilat” adlandıraraq qurumu tərk etməyə hazır olduğunu bəyan edib.

AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, Lavrov ATƏT-i mütləq tərk edəcəyini bildirib: “Lakin son qərar Rusiya Prezidenti Vladimir Putinə aiddir. Əlbəttə ki, ATƏT yarımçıq təşkilatdır. Düzünü desəm, Aleksandr Qruşko ilə mən bunu müzakirə etdik. Qərar vermək Prezidentin ixtiyarındadır. Amma mən bu təşkilatı mütləq tərk edərdim”.

Nazirin sözlərinə görə, Rusiya ayrılsa, tək qalacaq, amma bu, heç bir narahatlıq yaratmayacaq. O qeyd edib ki, ATƏT platforması açıq tənqidlərə cavab olaraq faktlar təqdim etmək üçün faydalıdır və rəqiblərin buna qarşı heç bir təkzibi yoxdur.

Lavrov vurğulayıb ki, Moskva bu strukturun əhəmiyyətini tam başa düşərək təşkilatın üzvü olaraq qalır.

Daha əvvəl Rusiya xarici işlər naziri Qərbin ATƏT-i rusofobiya siyasətinin alətinə çevirmək istəyindən danışmışdı. Rusiya tərəfi bu təşkilatda islahat aparmaq üçün bir sıra təkliflər hazırlayıb.

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski bu formatda Ukrayna böhranının konstruktiv müzakirəsinin mümkünsüzlüyünü qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş