Hikmət Hacıyev UNESCO-ya çağırış edib

Xəbərlər

02.12.2021 - 12:01

"Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin bərqərar olması vacibdir"

“Azərbaycanın strategiyası budur ki, regionda sülh olsun. Azərbaycan Prezidenti tələb edir ki, ölkələrin suverenliyi, ərazi bütövlüyü qarşılıqlı şəkildə tanınsın”. 

AYNA xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda deyib.

Prezidentin köməkçisi bildirib ki, hazırda dayanıqlı sülhün bərqərar olması əhəmiyyətlidir.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın əraziləri işğal altında olarkən həmin yerlərdəki mədəni irslər dağıdılıb: "Biz UNESCO-nu dəvət edirik ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı həyata keçirilmiş addımları görsünlər”.

Prezidentin köməkçisi bildirib ki, Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin bərqərar olması vacibdir.

 

Müəllif: Ayna.az