Heykəltəraş: "Tağıyevin heykəli sabah quraşdırılacaq"

Mədəniyyət

24.08.2021 - 17:58

“Heykəlin quraşdırılacağı ərazidə işlər yekunlaşıb, postament də artıq hazırdır”

 

“Hacı Zeynalabdin Tağıyevin heykəli sabah quraşdırılacaq”. AYNA xəbər verir ki, bu barədə APA-ya heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov məlumat verib.

 

“Heykəlin quraşdırılacağı ərazidə işlər yekunlaşıb, postament də artıq hazırdır”, - o, deyib.

 

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Z. Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.

 

Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin heykəli “İçərişəhər” metrostansiyasının qarşısında ucaldılacaq.

 

Müəllif: Ayna.az