Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri var
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 19-da təşkil olunacaq hərraca 12 kiçik dövlət müəssisəsi və obyekti, 18 avtomobil çıxarılacaq. AYNA xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.
Qeyd olunub ki, özəlləşdirilməyə çıxarılan dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri var.
Rusiya istehsalı olan nəqliyyat vasitələri üstünlük təşkil edir. Sentyabrın 26-da keçiriləcək hərraca 42 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Avtomobillərin istehsal tarixi 2005-2014-cü illər arasında dəyişir.