Sənədlərin qəbulu aprelin 1-dən 30-dək aparılacaq
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə sənədlərin qəbulu aprelin 1-dən 30-dək aparılacaq.
Dövlət İmtahan Mərkəzindən (DİM) AYNA-ya bildirilib ki, qəbul (buraxılış) imtahanını Azərbaycan dilində verən abituriyentlərlə yanaşı, rus dilində verən abituriyentlər də sənəd qəbulunda iştirak edə bilərlər.
Xatırladaq ki, qeyd olunan təhsil müəssisələrində tədris Azərbaycan dilində aparılır.
Abituriyentlər sənəd qəbulu haqqında elanların tam mətni ilə “Abituriyent” jurnalının birinci nömrəsində tanış ola bilərlər.