Hərbi qulluqçumuz intihara cəhd edib

Xəbərlər

10.09.2023 - 16:12

cedabet dərman SEO Xidməti

Hərbçinin özünə xəsarət yetirməsiylə əlaqədar cinayət işi açılıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Kənan Bəhmən oğlu Cəfərovun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Bakı Hərbi Prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluqdan AYNA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bakı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Fakt üzrə Bakı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Qeyd edilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş