“Sarsılmaz Qardaşlıq-2022 Kompüter Dəstəkli Komanda Qərargah Təlimi” uğurla həyata keçirilib
Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə növbəti təlim kursu keçiblər. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Quru Qoşunlarının Təlimlərə Nəzarət Mərkəzi Komandanlığında azərbaycanlı qardaşlarımızın iştirakı ilə “Sarsılmaz Qardaşlıq-2022 Kompüter Dəstəkli Komanda Qərargah Təlimi” uğurla həyata keçirilib”, - deyə məlumatda vurğulanıb.


