Hərəkat həmçinin 18 ölü girovun cəsədlərinin təhvil verilməsinə razılıq verib
Fələstinin radikal HƏMAS hərəkatı ABŞ-ın Qəzza zolağında 60 günlük atəşkəs təklifinə ətraflı cavab dərc edib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, HƏMAS İsrail həbsxanalarından fələstinli məhbusların azad edilməsi müqabilində 10 canlı israillinin azad edilməsinə və 18 ölü girovun cəsədlərinin təhvil verilməsinə razılıq verib.
Bu şərt ABŞ Prezidentinin nümayəndəsi Stiv Vitkoffun təklifində öz əksini tapıb. İsrail artıq bununla razılaşıb.
İsrailin özü bunu açıq şəkildə təsdiqləməyib; lakin İsrailin “Kanal 12”nin xəbərinə görə, Baş nazir Benyamin Netanyahunun Vitkoffun planını qəbul etməsini girovların qohumlarına dediyi bildirilib.
Bu məlumatdan sonra Baş Nazirlik Dəftərxanası kanalın jurnalistlərini görüşə səsyazma aparatı gətirməkdə günahlandırsa da, Netanyahunun sözlərinin həqiqiliyini inkar etməyib.
Bununla yanaşı, HƏMAS öz tanış şərtlərini də irəli sürüb: daimi atəşkəs, İsrail qoşunlarının Qəzzadan tamamilə çıxarılması və davamlı humanitar yardım axınına zəmanət.
BBC müxbiri Barbara Plett Aşer qeyd edir ki, HƏMAS-ın cavabı ya Vitkoffun təklifini açıq şəkildə rədd etmək, ya da birmənalı şəkildə qəbul etmək kimi qəbul edilə bilməz.
Hələlik nə İsrail, nə də ABŞ HƏMAS-ın bəyanatına cavab verib.
“Kanal 12” xəbər verir ki, Netanyahu daha əvvəl girovların qohumlarına demişdi: “Biz HƏMAS-ın sonuncu girovu azad edəcəyinə inanmırıq və bütün girovlar əlimizdə olana qədər Qəzzanı tərk etməyəcəyik”.