Hərbi helikopter qəzası ilə bağlı cinayət işi başlanıb

Xəbərlər

30.11.2021 - 17:07

Həkimlər Klinikalar SEO Xidməti

Baş Prokurorluğun rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib

Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması barədə məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya daxil olan məlumatda deyilir ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

Baş Prokurorluğun rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib.

"Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb. Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir", - məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş