İki gün ərzində respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib
Daxili İşlər Nazirliyi (DİN) şənbə və bazar günləri baş verən yol qəzaları ilə bağlı statistik məlumat açıqlayıb.
DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, iki gün ərzində respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 5 nəfər xəsarət alıb.