Həftəsonu yol qəzalarında 8 nəfər ölüb

Hadisə

29.05.2023 - 14:09

Cinayət törətməkdə şübhəli bilinən 87 nəfər saxlanılıb

Mayın 27-də və 28-də daxili işlər orqanlarının əməkdaşları ölkə ərazisində 129, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxs qismində axtarılan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 60, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 87 nəfər saxlanılıb.

Müəllif: Ayna.az