Polis əməkdaşları əməliyyat tədbirləri keçiriblər
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 3-də və 4-də ümumi çəkisi 5,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd olunub ki, dövriyyədən çıxarılan narkotik vasitələr – 1,1 kiloqrama yaxın heroin və 4,5 kiloqrama yaxın marixuana, həmçinin 30 ədəd psixotrop tərkibli həb və 10 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.