Həftənin ilk gününün hava proqnozu

Xəbərlər

25.12.2022 - 14:36

cedabet dərman SEO Xidməti

Sabah Bakıda və rayonlarda hava əsasən yağmursuz keçəcək

Azərbaycanda dekabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 7-9, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Rayonlarda əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq. Gecə dağlıq rayonlarda yollar buz bağlayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş