“Həftə sonları məktəblərdə dərs günü elan edilə bilər”

Cəmiyyət

03.03.2020 - 20:00

Həkimlər Klinikalar SEO Xidməti

Ekspert: “Məktəblərdə müvəqqəti tətil elan edilməsi o demək deyil ki, bu fürsətdən istifadə edib hamı uşağını götürüb əyləncə mərkəzlərinə, bölgələrə səfər etməlidir”

 

Nazirlər Kabineti koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib. Hətta prosesin sonradan daha da uzadılacağı istisna deyil.

 

Ölkənin baş infeksionisti Cəlal İsayev AYNA-ya deyib ki, indiyədək Azərbaycanda cəmi 3 nəfərdə koronavirus aşkarlanıb: “Amma belə bir məsələ var ki, xəstəlik yayılmadan onun qarşısının alınması lazımdır. Nəzərə alaq ki, qonşu ölkələrdə karonavirus kifayət qədər geniş yayılıb və bu virus toplu olan yerlərdə daha çox sürətlə yayılır. Artıq 3 nəfərdə virusun aşkar olunması bu virusun başqa insanlara da yayılmasının mümkün ola bilməsi deməkdir. Bunun qarşısını almaq üçün təhsil ocaqlarının müvəqqəti bağlanması müsbət haldır. Qabaqlayıcı tədbir kimi yerində verilmiş qərardır. Bu da virusun yayılmasının qarşısını almağa kömək edəcək”.

Təranə Xudabaxşiyeva

Pin up casino Pin-up casino giriş