Həbsdə vəfat edən sabiq icra başçının qardaşı oğlu qəzada ölüb

Hadisə

20.03.2023 - 17:22

Naftalan minik maşını hasara çırpılıb

Naftalanda ölümlə nəticələn ağır yol qəzası baş verib. AYNA APA-ya istinadən məlumat verir ki, hadisə Naftalan şəhərin Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınıb.

33 yaşlı Cavid Quliyev idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə minik maşını yoldan çıxaraq yol kənarındakı hasara çırpılıb. Qəza zamanı sürücü Cavid Quliyev hadisə yerində ölüb.

Qeyd edək ki Cavid Quliyev Müsəllim oğlu Goranboy rayonunun həbsdə vəfat edən icra başçı Nizaməddin Quliyevin qardaşı oğludur.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az