Matçı sloveniyalı hakimlər briqadası idarə edəcək
Futbol üzrə UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qəbələ” klubunun turnirin birinci mərhələsinin ilk oyunu çərçivəsində Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirəcəyi qarşılaşmanın hakimləri açıqlanıb.
AYNA xəbər verir ki, sentyabrın 12-də, Bakı vaxtı ilə saat 19:00-da Xorvatiyadakı “Poljud” stadionunda keçiriləcək oyunu Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi David Smayts olacaq. Ona David Qabrovets və Tomaj Tserne köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Ante Terziç (Xorvatiya) yerinə yetirəcək.