Yanğın nəticəsində məşhur Laxayn turist şəhəri tamamilə məhv olub
ABŞ-ın Havay adalarında meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb. AYNA CNN-ə istinadən xəbər verir ki, bu barədə Maui dairəsinin meri kiçik Riçard Bissen bildirib.
O, axtarış-xilasetmə əməliyyatınn aparıldığını deyib: “Sonra nə baş verəcəyini deyə bilmərəm”.
Məlumata görə, təbii yanğın nəticəsində məşhur Laxayn turist şəhəri tamamilə məhv olub.
ABŞ Prezidenti Cozef Bayden federal yardımla bağlı göstəriş verdiyini bildirib.