Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Xəbərlər

18.12.2024 - 18:21

Həkimlər Klinikalar SEO Xidməti

Bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq 

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında dekabrın 18-i axşamdan 19-u gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. AYNA xəbər verir ki, bu barədə Xidmətdən bildirilib.

Qeyd olunub ki, yağıntının ayrı-ayrı yerlərdə qısamüddətə intensivləşəcəyi, gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimal olunur.

Bildirilib ki, Azərbaycanın rayonlarında da dekabrın 18-i gündüzdən dağlıq ərazilərdən başlayaraq 19-u gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Dekabrın 19-u gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş