Oynaq xəstəlikləri olan insalarda narahatlıq hissi yarana bilər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosu tibbi-meteoroloji proqnoz verib. Bu barədə AYNA-ya qurumdan məlumat verilib.
“Fevralın 26-da Abşeron yarımadasında mülayim xəzri küləyi fonunda rütubətli hava şəraiti bəzi meteohəssas, xüsusən də, oynaq xəstəlikləri olan insalarda narahatlıq hissi yarada bilər”, - deyə məlumatda bildirilib.