Hava ilə bağlı xəbərdarlıq

Xəbərlər

21.02.2024 - 18:02

cedabet dərman SEO Xidməti

Bakıda və regionlarda intensiv yağıntılar gözlənilir

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Xidmətdən AYNA-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamadək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Fevralın 22-də əsasən Azərbaycanın şərq rayonlarında, 23-də isə əksər yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Lənkəran-Astara, Naxçıvan MR, Qarabağ, Şərqi Zəngəzur bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var.

Qərb küləyi əsəcək, fevralın 23-də əsasən dağlıq və dağətəyi rayonlarda arabir 15-20 metr/saniyəyədək güclənəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş