Hamilə və hicablı müəllimlərin iddialarına nazirlikdən CAVAB

Xəbərlər

11.05.2022 - 09:15

Təhsil Nazirliyi: "Müsahibədə uğur qazanmamış namizədlərə apellyasiya müraciəti etmək imkanı yaradılır"

"Müddətli əsaslarla işləyən müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə qəbulu zamanı keçirilən müsahibələrdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır". Bu fikirlər Təhsil Nazirliyinin AYNA-nın sorğusuna cavabında yer alıb.

Nazirliyin açıqlamasında bildirilib ki, müsahibə mərhələsinə çağrılan namizədlər üçün əvvəlcədən elan olunmuş mövzulardan biri seçilir: "Namizədlər həmin mövzunu müsahibə komissiyasına dərs formatında təqdim edirlər. Namizədlərin cavabları elektron qaydada qiymətləndirilir və  protokollaşdırılır". 

"Müsahibədə uğur qazanmamış namizədlərə apellyasiya müraciəti etmək imkanı yaradılır. Apellyasiya müsahibəsində namizəd uğur qazanmadıqda müddətli əsaslarla həmin müəssisədə tədris ilinin sonunadək çalışır", - deyə sorğuya cavabda vurğulanıb.

Qeyd edək ki, müddətli müqavilə əsasında işləyən müəllimlərin daimiləşmə imtahanının müsahibə mərhələsindən keçə bilməyən namizədlər, komissiyanın mənfi rəy verməsinə səbəb kimi hicablı, yaxud hamilə olduqlarını görüblər. 

Müəllif: Banu Çiçək

Ramanada faciə

Dünən, 17:26 Hadisə