Türkiyə XİN başçısı HƏMAS Siyasi Bürosunun rəhbəri rəhbəri vəzifəsini icra edən şəxslə görüşüb
Türkiyə xarici işlər naziri Hakan Fidan İsmayıl Haniyənin ölümündən sonra HƏMAS-ın Siyasi Bürosunun rəhbəri vəzifəsini icra edən Xalid Məşəli ilə görüşüb.
AYNA xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada HƏMAS Siyasi Bürosunun rəhbəri vəzifəsini icra edən Xalid Məşəl ilə görüşüb və ona Haniyənin vəfatı ilə bağlı başsağlığı verib”, - Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.