Hakan Fidan Azərbaycana gələcək

Xəbərlər

04.06.2023 - 16:37

Ceyhun Bayramov Türkiyənin yeni xarici işlər nazirini ölkəmizə dəvət edib

Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. AYNA xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov telefon danışığında Türkiyə Respublikasının yeni xarici işlər naziri Hakan Fidanı ölkəmizə səfərə dəvət edib.

Yeni nazir təbriklərə və xoş sözlərə görə nazir Ceyhun Bayramova təşəkkür edib və ölkəmizə səfər dəvətini məmnuniyyətlə qəbul edib.

Tərəflər iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə