Hafiz Məmmədov barədə vəsatətə baxılıb

Xəbərlər

31.01.2022 - 16:57

Həkimlər Klinikalar SEO Xidməti

İş adamı ev dustaqlığına buraxılıb

Tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

AYNA-nın APA-ya istinadən məlumatına görə, Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Hafiz Məmmədovun vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, bir müddət əvvəl Yasamal rayon Məhkəməsinin qərarı ilə H. Məmmədovun barəsində 2 ay 15 günlük həbs-qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş