Hadı Rəcəbli dəfn olunub

Xəbərlər

17.04.2024 - 16:52

Sabiq deputat Yasamal qəbiristanlığında torpağa tapşırılıb

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli ilə vida mərasimi başa çatıb.

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə vida mərasimi keçirilib. AYNA xəbər verir ki, "Təzəpir" məscidində keçirilən vida mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Ombudsman Səbinə Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, AMEA-nın prezidenti İsa Həbibbəyli, sabiq və indiki millət vəkilləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edib.

Vida mərasimindən sonra H.Rəcəblinin cənazəsi dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılıb və orada dəfn olunub.

Qeyd edək ki, H.Rəcəbli bu gün 76 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Hadı Rəcəbli dəfn olunub
Müəllif: Ayna.az