Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyası qurulacaq

Xəbərlər

10.04.2025 - 17:58

Həkimlər Klinikalar SEO Xidməti

Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib

“Agas Group” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib. Bununla da sənaye parkının rezidentlərinin sayı 12-yə çatıb.

İZİA-dan AYNA.AZ-a bildirilib ki, şirkət tərəfindən sənaye parkının ərazisində 2,5 MVt-lıq günəş elektrik stansiyasının (GES) qurulması planlaşdırılır. Layihənin həyata keçirilməsi ilə sənaye parkının enerji təminatının bir hissəsi alternativ və bərpaolunan enerji mənbələrinin hesabına ödəniləcək.

İnvestisiya dəyəri 1,4 milyon manat olan layihə çərçivəsində 5 nəfər daimi işlə təmin olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş