Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər təklif olunur

Dünya

21.05.2024 - 11:33

Həkimlər Klinikalar SEO Xidməti

Mərkəzi Seçki Komissiyası sadə səs çoxluğu ilə qərar qəbul edə biləcək

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası seçkilərə 5 ay qalmış Seçki Məcəlləsinə dəyişikliklər hazırlayır.

AYNA xəbər verir ki, məcəlləyə təklif olunan dəyişiklik layihəsində iki məsələ öz əksini tapacaq.

İlk növbədə, Mərkəzi Seçki Komissiyası sadə səs çoxluğu ilə qərar qəbul edə biləcək.

İkinci təklifə əsasən, MSK-nın 2/3-nin dəstəyini tələb edən qərar qəbul edilməzsə, o, dərhal yeni səsverməyə çıxarılır və bu dəfə sadə səs çoxluğu ilə qəbul edilə bilər.

Məqsəd isə komissiyanın işində blokadaya qarşı mexanizm yaratmaqdır.

Qeyd edək ki, dəyişiklikdə beynəlxalq və yerli ekspertlərdən, monitorinq təşkilatlarından ibarət “MSK-nın məsləhət qrupu”nun da ləğvi nəzərdə tutulur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş