Məhkəmə prokurorun vəsatətini təmin etdikdən sonra Okruaşvili saxlanılıb
Tiflis Şəhər Məhkəməsi Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvilinin sabiq Prezident Mixail Saakaşvilinin hakimiyyəti dövründə cinayətləri araşdıran parlament komissiyasının iclaslarına gəlməkdən imtina etdiyinə görə barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərar verib. AYNA.AZ xəbər verir ki, bu barədə “İnterpressnews” agentliyi məlumat yayıb.
Apreldə məhkəmə Okruaşvilini 20 min lari (7,3 min dollardan çox) məbləğində girov ödəməyə məcbur etmişdi. Prokurorluq Okruaşvilinin həbsi ilə bağlı yeni vəsatət qaldırıb. Məhkəmə prokurorun vəsatətini təmin etdikdən sonra Okruaşvili saxlanılıb.