Gürcüstandan təhdid: “Saakaşvili Ukraynada təyinat alsa…”

Dünya

24.04.2020 - 20:31

cedabet dərman SEO Xidməti

O, artıq Ukrayna Baş Nazirinin müavini vəzifəsinə razılıq verib

 

Gürcüstanın Baş Naziri George Gaxaria Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukraynanın Baş Nazirinin müavini təyin olacağı təqdirdə Tiflis Kiyevdəki səfirini geri çağıracaq.

 

Bu barədə AYNA Rusiya mediasına əsasən xəbər verir.

 

Məlumatda bildirilir ki, bir müddət əvvəl Saakaşvili Ukrayna lideri Vladimir Zelenskinin Baş Nazirin islahatlar üzrə müavini olmağa dəvət edildiyini, Beynəxalq Valyuta Fondu və digər maliyyə təşkilatları ilə danışıqlar aparmaq üçün göstəriş verdiyini söyləmişdi.

 

Ukraynanın Ali Radası təyinat üçün səs verməlidir, lakin deputatlar arasında, o cümlədən Prezident tərəfdarı "Xalqın xidmətçisi" fraksiyası, hələlik, onun namizədliyini dəstəkləmir.

 

Saakşvili isə, Ukraynanı Gürcüstanın strateji tərəfdaşı adlandırıb və qeyd edib ki, ölkələrin münasibətləri, nə olur olsun, davam etməlidir. O, artıq Ukrayna Baş Nazirinin müavini vəzifəsinə götürülməsinə razılıq verib.

 

Sputnik radiosunun efirində politoloq İvan Mezyuho bu təyinatın Prezident Vladimir Zelenski və komandası üçün səhv olacağına dair fikirlərini bildirib.

 

Qeyd edək ki, Saakaşvili 2013-cü ildə yeni prezident George Margvelaşvilinin andiçmə mərasimindən dərhal sonra Gürcüstanı tərk etmişdi. 2015-ci ilin yazında Petro Poroshenko (o vaxt - Ukrayna lideri) ona Ukrayna vətəndaşlığını verib və onu Odessa vilayətinin qubernatoru təyin etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş