Gürcüstanda zəlzələ olub

Xəbərlər

19.04.2025 - 18:35

Həkimlər Klinikalar SEO Xidməti

Gürcüstanda zəlzələ baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi yayıb.

Məlumata görə, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 14:50-də baş verib. Zəlzələnin episentri Raça-Leçxumi bölgəsinin Oni şəhərindən 7 kilometr cənub-şərqdə, İri kəndi ərazisində yerləşib.

Yeraltı təkanların maqnitudası 3,1 bal (ML) təşkil edib.

Hazırda zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş