Gürcüstanda zəlzələ olub

Dünya

15.05.2022 - 00:57

Yeraltı təkanlar yerli vaxtla saat 21:14-də qeydə alınıb

Gürcüstanda 4,5 maqnitudalı zəlzələ baş verib. AYNA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib. Yeraltı təkanlar yerli vaxtla saat 21:14-də qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonunun Sameba kəndi yaxınlığında olub.

Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Müəllif: Ayna.az