Yeraltı təkanlar paytaxt Tbilisidən 51 km aralıda qeydə alınıb
Gürcüstanın Şərq bölgələrində zəlzələ baş verib. AYNA qonşu ölkə mediasına istinadən bildirir ki, 3.2 bal gücündə yeraltı təkanlar paytaxt Tbilisidən 51 km aralıda qeydə alınıb.
Zəlzələnin episentri Dmanisi şəhərindən 9 km aralıda və 10 km dərinlikdə yerləşib.