Gürcüstanda koronavirusa 341 yeni yoluxma qeydə alınıb

Dünya

09.04.2022 - 19:52

Həkimlər Klinikalar SEO Xidməti

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

Gürcüstanda ötən sutkada koronavirusa 341 yeni yoluxma halı qeydə alınıb, 4 nəfər vəfat edib.

AYNA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Son bir gündə daha 445 nəfər müalicə olunaraq sağalıb.

Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19 infeksiyasına 1 651 322 nəfər yoluxub. Onların 1 631 009-u sağalıb, 16 770-i isə dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş