Zərərçəkənə yerindəcə tibbi yardım göstərilib
Gürcüstan Silahlı Qüvvələrinin batalyon komandirini Samtsxe-Cavaxeti regionunda yerləşən Orfolo poliqonunda ildırım vurub. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.
Vurğulanıb ki, zərərçəkənə yerindəcə tibbi yardım göstərilib, daha sonra o, Axalsıx şəhərində yerləşən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hərbçinin vəziyyəti kirtikdir.