Zəlzələ Azərbaycanda da hiss edilib
Gürcüstanda qeydə alınan zəlzələ Azərbaycan ərazisində də hiss olunub. AYNA-nın "Report"a istinadən məlumatına görə, Gürcüstan ərazisində qeydə alınan 5,3 bal gücündə zəlzələ Gürcüstanla sərhəd olan Qazax rayonunda da hiss olunub.
Qeyd edək ki, zəlzələnin episentri Gürcüstan Respublikasının Dmanisi rayonun Yırğançay kəndində olub.