Gürcüstanda daha 352 nəfərdə COVID-19 aşkarlanıb

Dünya

02.04.2022 - 12:56

Həkimlər Klinikalar SEO Xidməti

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

Gürcüstanda son sutkada daha 352 nəfərə koronavirus diaqnozu qoyulub, 3 nəfər vəfat edib. AYNA xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Son bir gündə daha 1 070 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 1 649 005 nəfərdə aşkarlanıb. Onların 1 627 366-sı sağalıb, 16 751-i isə ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş