Şalva Papuaşvili: “Bu maneəni aradan qaldırmaq aləti Rusiyanın əlindədir”
“Abxaziya və Cənubi Osetiya məsələsi Rusiya ilə münasibətlərin bərpasına mane olur”. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.
“Bu maneəni aradan qaldırmaq aləti Rusiyanın əlindədir. Yeganə məsələ Gürcüstan ərazilərinin işğalıdır”, - deyə spiker qeyd edib.
Papuaşvili bildirib ki, rəsmi Tiflis bu məsələdə Moskvadan addımlar görmək istəyir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin bəyan edib ki, Moskva müxtəlif sahələrdə Gürcüstanla münasibətləri bərpa etməyə hazırdır. Onun sözlərinə görə, Tiflisin Abxaziya və Cənubi Osetiya ilə bağlı mövqeyinə baxmayaraq, Rusiya buna hazırdır.