Gürcü deputat: “ABŞ-ın sanksiyaları seçkilərə müdaxilədir”

Dünya

20.09.2024 - 15:14

Həkimlər Klinikalar SEO Xidməti

“Seçkiqabağı dövrdə xarici dövlətin bu cür hərəkətləri seçkiqabağı prosesə müdaxilədir”,

“Oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkiləri ərəfəsində Amerikanın Tbilisiyə qarşı sanksiyaları xarici qüvvənin seçki prosesinə müdaxiləsidir”. AYNA gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstan Parlamentinin hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasından  olan deputatı Givi Mikanadze deyib.

“Seçkiqabağı dövrdə xarici dövlətin bu cür hərəkətləri seçkiqabağı prosesə müdaxilədir”, - deputat vurğulayıb.

Mikanadze qeyd edib ki, sanksiyalar gürcü seçicilərinin iradəsinə təsir etmək cəhdidir.

Müəllif: Ayna.az