Gözəl Zutovanın polis idarəsinin həyətində qarət olunması araşdırılır

Hadisə

24.01.2022 - 16:54

Həkimlər Klinikalar SEO Xidməti

DİN tanınmış idmançının iddiası ilə bağlı məlumat yayıb

Gözəl Zutovaya məxsus əşyaların oğurlaması ilə bağlı iddiaların bütün təfərrüatı Bakı şəhər Baş Polis İdarəsinin cinayət-axtarış idarəsi tərəfindən araşdırılır. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

“Həmin ünvan üzrə kamera görüntüləri yoxlanılır, əşyaların hansı şəraitdə itməsi, yaxud oğurlanması ilə bağlı araşdırmalar gedişində məlum olacaq. Bu barədə G.Zutova ilə əlaqə saxlanılaraq məlumatlandırılıb”, - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, Azərbaycanın tanınmış idmançısı Gözəl Zutova qarət edildiyi barədə lent.az saytına danışıb. Xanım idmançının sözlərinə görə, hadisə Baş Dövlət Yol Polisi İdarəsinin həyətində qeydə alınıb: “Şəxsi avtomobilimi satmaq məqsədilə sənədləşmə aparmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə getmişdim. Maşında mənimlə birgə azyaşlı uşağım var idi. Sənədləşmə ilə əlaqədar binaya daxil olandan sonra naməlum şəxs avtomobilin içərisindəki əl çantamı götürərək hadisə yerindən qaçıb. Çantamda çox bahalı boyunbağı, az miqdarda pul və şəxsi sənədlərim olub. Polisdən mənə bildirildi ki, hadisəni törədən şəxs kameralara düşüb. Lakin görüntüləri mənə göstərmədilər. Hadisəyə görə hələ heç kim tutulmayıb. Kamera görüntüləri varsa, polis niyə onu tutmur? Hər şey ortadadır, oğurluq hamının gözü qarşısında olub. Hazırda hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş