Göygöldə ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

Xəbərlər

24.02.2024 - 09:19

Həkimlər Klinikalar SEO Xidməti

Yaralıların vəziyyətləri orta-ağır və ağır qiymətləndirilir

Şəmkirdən Bakı istiqamətinə sərnişin daşıyan "Mercedes Vito" markalı mikroavtobusun Göygöl rayonunda yük maşını ilə toqquşması nəticəsində ölən və xəsarət alanların adları məlum olub.

AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə nəticəsində Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Duman Abdullayev ölüb. Hadisə zamanı habelə Şəmkir rayon sakinləri, 1965-ci il təvəllüdlü X.İsayeva və 1985-ci il təvəllüdlü V.Babayev, 1994-cü il təvəllüdlü M.Məmmədli, 1972-ci il təvəllüdlü Q.Musayev, 1993-cü il təvəllüdlü A.Qssımov və 2004-cü il təvəllüdlü E.Musalı xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta-ağır və ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş