Göygöldə 4 qız dərmandan zəhərlənib

Xəbərlər

10.08.2022 - 23:14

Qızlara tibbi yardım göstərilib, vəziyyətləri ağırdır

Göygöldə zəhərlənmə faktı qeydə alınıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb.

2010-ci il təvəllüdlü A.Məmmədova, onun həmyaşıdı M.Hacıyeva, Ş.Rüstəmova və K.Hacıyeva zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Qızlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatı saçlarına vurduqları üçün zəhərləniblər.

Müəllif: Ayna.az