Göyçayda kanalda batan şəxsin meyiti tapılıb

Hadisə

02.03.2024 - 22:16

Şəxsin meyidi aidiyyatı üzrə təhvil verilib

Göyçayda kanalda batan şəxsin meyiti tapılıb. AYNA APA-ya istinadən xəbər verir ki, rayonun Bığır kənd sakini 1971-ci il təvəllüdlü Qəfərov Qalib Nizam oğlunun meyiti balıq tutduğu yerdən təqribən 150 metr aralıda tapılıb. Xatırladaq ki, dünən səhər saatlarından dalğıclar kanalda axtarışlar aparırdı.

Şəxsin meyidi aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az