Göyçay sakinlərindən 12 ov tüfəngi götürülüb

Xəbərlər

01.11.2023 - 20:18

cedabet dərman SEO Xidməti

Müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması aşkarlanıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə cari il ərzində keçirilən tədbirlər zamanı rayon sakinlərindən ümumilikdə 12 ədəd müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş